"Ermənistanın sabiq prezidenti Robert Koçaryan illik tibbi baxışdan keçmək üçün Almaniyaya getmək niyyətindədir, ancaq istintaq komitəsinin bununla bağlı qadağası var"
Oxu.Az xəbər verir ki bu fikirləri “Radio Azautyun”a açıqlamasında Koçaryanın vəkili Aram Orbelyan məlumat verib.
Onun sözlərinə görə, hazırda Koçaryan müştərisi Ermənistandadır, ancaq müdafiə tərəfi bu qadağanın ləğv edilməsi ilə məşğuldur.
“Söhbət ondan gedir ki, Koçaryana qarşı qətimkan tədbiri seçilməyib, ancaq sabiq prezidentin pasportu hüquq-mühafizə orqanlarındadır”, - Orbelyan əlavə edib.
Robert Koçaryan iyulda həbs edilib, ancaq avqustun 13-də Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib. O, 2008-ci ildə ölkədə konstitusiya rejiminin devrilməsində ittiham olunur.
MilliYol.Az