"Türk dövlətləri və xalqlarının vahid əlifba məsələsi real deyil. Fürsət qaçırıldı"
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
O qeyd edib ki, zamanında bu məsələni siyasi qərar kimi həll etmək lazım idi.
“Lakin xırda detallar üzərində çox duruldu, strateji məsələ unuduldu. Orta Asiya dövlətləri də fərqli əlifbalar qəbul etdilər, indi isə bu prosesi geri çevirmək mümkünsüzdür”, - deyə F.Mustafa əlavə edib.
Qeyd edək ki, F.Mustafadan fərqli olaraq, deputat həmkarı Gövhər Baxşəliyeva ortaq türk dili və ortaq türk əlifbasının yaradılmasının vacib və real olduğunu bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...