"Avqust ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 46 nəfərdə sifilis, 19 nəfərdə isə QİÇS aşkar edilib"
Bunu Oxu.Az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Direktorun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 11 min 189 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:
“320 nəfərdə, iki cütlüyün isə hər ikisində talassemiya daşıyıcısı aşkarlanıb”.
Direktor qeyd edib ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 457 min 422 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:
“16 min 847 nəfərdə talassemiya daşıyıcısı, 1575 nəfərdə sifilis, 387 nəfərdə isə QİÇS aşkar edilib. 171 cütlüyün hər ikisində talassemiya aşkarlanıb”.
Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.
MilliYol.Az