Bakıdan Şamaxıya gedən 43 yaşlı kişi yolda bıçaqlanıb
Hadisə Ağsu aşırımında yerləşən kafelərin birində baş verib.
Bakı şəhəri, Yasamal rayon sakini 43 yaşlı Nəsibov Fikrət Telman oğlu hələlik kimliyi bilinməyən şəxs tərəfindən bıçaqlanıb.
Ailə üzvlərinin verdiyi məlumata görə, F.Nəsibov gecə 04:00 radələrində kafedən çıxarkən onun qarşısını naməlum şəxs kəsərək, ona iki bıçaq zərbəsi endirib.
F.Nəsibov ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirlir. Hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)
MilliYol.Az
Digər xəbərlər
loading...