Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Buenos Ayresdə konsert təşkil edilib
İ.Sarabskinin pianinoda möhtəşəm və əsrarəngiz ifasında “Prelude” (İ.Sarabski), “Limping Stranger” (İ.Sarabski), “Swan Lake” (P.Çaykovski), “Be Witched” (R.Rocers), “Planet” (İ.Sarabski) əsərləri auditoriya tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb.
Daha sonra solo ifa üçün səhnəyə dəvət olunan tarzən Ş.İmanov tarda muğam və müasir musiqinin vəhdətini ehtiva edən “Crying waterfal” (Ş.İmanov) kompozisiyasını tamaşaçılara təqdim edib. Argentina auditoriyası üçün yeni olan tar musiqi alətində ifalar sürəkli alqışlarla müşayiət olunub.
Konsertin sonunda ifaçılar birlikdə “The Edge” (İ.Sarabski) və “Novruz” (İ.Sarabski) əsərlərini səsləndiriblər. Azərbaycan musiqiçiləri və musiqisinin möhtəşəmliyindən heyrətlənən auditoriya ifaçıları bir neçə dəfə yenidən səhnəyə dəvət edib.(publika.az)
MilliYol.Az