Goranboy rayonu, Yeni yol kənd tam orta məktəbinin müəlliməsi Aslanova İradə Məhiş qızı Heydər Əliyev Fondunun prezidenti, Birinci Xanım Mehriban xanım Əliyevaya müraciət edib. Müraciətin mətnini təqdim edirik:
Hörmətli Mehriban xanım!
Sizin ictimai həyatımızdakı rolunuz və qayğıkeş fəaliyyətiniz göz qabağındadır.Hər bir azərbaycanlıya,hər bir azərbaycanlı ailəsinə olduqca diqqətlə və olduqca həssaslıqla yanaşmağınız hamımıza gün kimi aydındır. Yaxşı bilirik ki,Siz hər bir problemə,hər bir hadisəyə əsl mənada bir Qadın,əsl mənada bir Ana müqəddəsliyi ilə yanaşırsınız.Məhz elə bu aliliyinizi və bu müqəddəsliyinizi nəzərə alaraq son ümid yeri kimi Sizə müraciət edirəm.
Hörmətli Mehriban xanım!
Mənim oğlum-Təhməzov Əli Ələsgər oğlu on üç ilə yaxındır ki,Goranboy rayon icra hakimiyyətində işləyir.On iki il müddətində iş fəaliyyəti ilə bağlı dəfələrlə fəxri fərmanlara layiq görülmuşdür.
Lakin ötən il icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev hansı marağın xatirinəsə müxtəlif bəhanələrlə oğluma qarşı təxribat və böhtan kampaniyasına başladı.Hətta öz müavininin əli ilə onu təhqir də etdirdi.
Oğluma atılan bu təhqirlərlə və böhtanlarla bağlı biz cənab Prezident İlham Əliyevə müracət etməli olduq. Bu müraciətdən sonra oğluma qarşı aparılan təxribat və böhtanlar bir qədər səngidi.
Lakin başçı Nizaməddin Quliyev bu günlərdə yenidən oğluma qarşı təxribat və böhtanlara başlamışdır. İcra hakimiyyətində şöbə müdiri işləyən Sayad Quliyev bir neçə gün qabaq oğlumu yanına çağırıb bildirmişdir:”Başçı deyir ki, sən Xanqərvənd kənd icra nümayəndəsindən 55 manat qəzet pulu alıb hesaba keçirməmisən.Ya ərizəsini yazıb işdən çıxmalısan,ya da işini yoxlatmaq üçün orqanlara verdirəcəm. ” Ancaq oğlum ərizə yazmaqdan imtina etmiş, heç bir günah sahibi olmadığını,ona qarşı böhtan atıldığını bildirmişdir.
Onu da qeyd edim ki, Xanqərvənd kənd icra nümayəndəsi,muzdli şahid Mücahid Dəmirov uzun illər idi ki,Moskvada alverlə məşğul olurdu.Bir neçə il qabaq o,Moskvadan qayıdan kimi başçı onu yanına çağırtdırıb demişdir:”Səni icra nümayəndəsi qoyuruq.” Moskvadan təzəcə Azərbaycana qədəm qoyan və alverdən başqa heç bir ciddi iş təcrübəsi olmayan şəxsin böyük bir kəndə icra nümayəndəsi təyin edilməsi olduqca müəmma doğuran bir hadisədir.
Hörmətli Mehriban xanım !
Biz artıq hiss edirik ki,başçı oğlumun üzünə durmaq üçün əlavə şahid axtarışındadır.Yəqin ki,bu məktub Sizə çatana kimi o,öz istəyinə nail olacaq.
Bizim ailənin üç üzvü Yeni Azərbaycan Partiyasınin üzvüdür.Bu ötən günlərdə Azərbaycan Respublikasının Konstitusiyasina dəyişikliklər edilməsinə dair keçirilən Referendumda fəal iştirak etmişik.Referendumda öz əksini tapan dəyişiklər də ürəyimizcədir. Altmış nəfərdən artıq qohum-əqrabamız referendumda iştirak etmişdir.Hamısının da fikri yekdil olmuşdur.Lakin icra başçısı Nizaməddin Quliyevin belə bir məqamda atdığı addımları Referenduma qarşı təxribat kimi qiymətləndirirəm.
Hörmətli Mehriban xanım !
Nizaməddin Quliyev rayonda hansı marağa görəsə tez-tez kadr dəyişikləri aparır ki,bu da ictimaiyyət tərəfindən çox pis qarşılanır.Onun davranışları bir növ İsmayıllı rayonunun sabiq icra başçısının davranışlarını xatırladır.
Hörmətli Mehriban xanım !
Mən iki ildən artıqdır ki,dava-dərmanla yaşayıram.Ürəyimdən və qalxanvari vəzimdən müalicə olunuram.Başçı oğluma qarşı bu təxribatlara və böhtanlara başlayan bir gündən səhhətim daha da pisləşmişdir.Bəri başdan bildirmək istəyirəm ki,bu yaxın ərəfələrdə mən dünyamı dəyişərəmsə,bunun səbəbkarı məhz Nizaməddin Quliyevdir.
Hörmətli Mehriban xanım !
Mən Sizin təkcə Respublikada deyil,eyni zamanda beynəlxalq miqyasda qazanmış olduğunuz nüfuza arxalanaraq xahiş edirəm ki,oğlumun təhlükəsizliyinə köməklik göstərəsiniz. Nizaməddin Quliyevin təhqirlərindən, təhdidlərindən,böhtanlarından artıq bezmişik.Bünövrəsi Ümummilli liderimiz möhtərəm Heydər Əliyev tərəfindən qoyulan,onun ən layiqli varisi cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirilən Demokratik Azərbaycanda Nizaməddin Quliyevin qeyri-normal hərəkətləri sayəsində dinc yaşaya bilmirik. Tərəddüd içərisində qalmışıq. Nizaməddin Quliyev bizdən nə istəyir!?Eləsə,son həddə Sizdən xahiş edirəm ki,bizim ailəyə hansısa bir dövlətdə siyasi sığınacaq verilməsinə yardımçı olasınız.
MilliYol.Az
Digər xəbərlər
loading...