“Ermənistandakı narahat durum həyəcan yaradır, amma Moskva bu ölkədə keçmiş başçılar barəsində cinayət təqibinin aparılmasını Ermənistanın daxili işi sayır”
Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov bu gün – sentyabrın 3-də MGİMO-da çıxışı zamanı deyib. “Əlbəttə, bu gün Ermənistanda durumun qaynaması, 10 il qabaqkı hadisələrin araşdırılması bizi narahat edir, faktları, aparılan həbsləri bilirsiniz”, – Interfax agentliyi nazirə istinadla yazır.
“Bunu sözsüz ki, Ermənistan Respublikasının daxili işi sayırıq. Və çox istəyirik ki, bu daxili iş qanun, Konstitusiya çərçivəsində aparılsın, tezliklə öhdəsindən gəlsinlər”, – Lavrov vurğulayıb. (Azadlıq Radiosu)
MilliYol.Az
Digər xəbərlər
loading...