ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri sentyabrın 4-də Ankaraya səfər edəcək
Məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Dövlət Departamentinin açıqlamasına əsasən, C.Ceffri səfər zamanı Suriyanın İdlib bölgəsinə gözlənilən hücum nəticəsində gərginliyin və mülki şəxslərin həyatına təhlükənin artacağına diqqət çəkəcək.
C.Ceffri Türkiyədə yüsək vəzifəli rəsmilərlə görüş keçirəcək.
O, ABŞ-ın Türkiyədəki keçmiş səfiridir. C.Ceffri cari il avqustun 17-də Suriya üzrə xüsusi təmsilçi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Rusiya və İran hərbçiləri Bəşşar Əsədə bağlı silahlılarla birlikdə İdlibə hücum etməyi planlaşdırıb.(Report)
MilliYol.Az
Digər xəbərlər
loading...