Ötən ay Gürcüstanda inflyasiya 0,5% təşkil edib
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilib.
İllik infilyasiya 3,1% olub.
Avqust ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,5%, tərəvəzlərin qiyməti 16,4%, süd məhsullarının qiyməti isə 4,8% bahalaşıb. Meyvə və üzümün qiymətində isə ucuzlaşma (-16,2%) qeydə alınıb. Geyim (-1,1%) və ayaqqabıların (-1,3%) qiymətində də ucuzlaşma olub.
İllik inflyasiyaya gəlincə, ötən illə müqayisədə nəqliyyat xərcləri 7,8%, ərzaq və alkoqolsuz içkilər 3,2%, alkoqollu içkilər və tütün 4,7%, səhiyyə xərcləri 5,2%, kommunal xərclər isə 3,4% artıb.(report)
MilliYol.Az
Digər xəbərlər
loading...