Beyləqanda suvarma mafiyası - Ələmşah Məmmədquliyev Nadir Əliyev cütlüyü faktiki olaraq prezidentin səylərini sabotaj etməklə məşğul olurlar
Beyləqan Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşah Məmmədquliyevin və Beyləqan Meliorasiya İdarəsinin rəisi Nadir Əliyevin korrupsiya əməlləri rayonun əkin sahələrinin susuzluqdan məhv olması ilə və şoanlaşıb sıradan çıxması ilə nəticələnib.
Beyləqan rayonunun əksər kəndlərində əkin sahələrinin suvarılması ilə bağlı ciddi problemlər yaşanır. Bu barədə saytımızın elektron poçtuna daxil olan məlumatda deyilir ki, Beyləqan rayonunda su təsərrüfat sahəsinə rəhbərlik edən məmurların şəxsi maraqları əkin sahələrinin şorlanmasına və sıradan çıxmasına səbəb olur.
Qeyd edək ki, Beyləqanda torpaq sahələrinin suvarılmasına nəzarəti rayon Suvarma Sistemləri İdarəsi həyata keçirir. 69 yaşlı Ələmşah Məmmədquliyevin rəhbərlik etdiyi bu qurum həmdə vətəndaşlardan su pulu yığılması funksiyasını da həyata keçirir. Rayon sakinlərinin AzMedia.info-ya göndərdiyi şikayət məktublarında qeyd edilir ki, Beyləqanda su sahəsində çox ciddi problemlər mövcuddur və ildən ilədə bu problemlər böyüyür. Əkin sahələri arasında və kəndlər arasında drenlərin dolması torpaqların kütləvi şəkildə şorlamasına yol açır. Su kanallarının isə təmizlənməmsi suyun sahələrə çatdırılmasına əngəl törədir. Su kanallarının və drenlərin təmizlənməməsi lazımı melorativ tədbirlərin həyata keçirilməmsi Suvarma Sistemləri İdarəsi ilə Meliorasiya İdarəsinin lazımı səviyyədə işləməmisini ortaya çıxarır. Son 2 ildə su kanallarının əksəriyyətində təmizləmə işləri aparılmayıb. Daha doğrusu bu kanallar sənədlərdə təmizlənib. Və təbii ki, bu sahəyə ayrılan külli-miqdarda dövlət vəsaitləri idarə müdiri tərəfindən mənimsənilib. Hazırda su xətlərinin və hidrotexniki qurğuların çoxsunun nasaz vəziyyətdə olduğu deyilir. Dövlət büdcəsindən və daxili su pulu yığımından hər il Suvarma Sistemləri İdarəsinin büdcəsinə yarım milyondan çox vəsait daxil olmasına baxmayaraq ortada hər hansı bir ciddi iş yoxdur.
Suvarma Sistemləri İdarəsindəki korrupsiyanın əsas ortağı isə Beyləqan Meliorasiya İdarəsinin olduğu bildirilir. Şikayətçilərin yazdığına görə Nadir Əliyevin rəhbərlik etdiyi bu qurum demək olar ki, büs-bütün korrupsiya burulğanına bulaşıb. Göndərilən şikayətdə qeyd edilir ki, Ələmşah Məmmədquliyevlə Nadir Əliyev dövlət vəsaitini mənimsəməklə məşğul olurlar. İşləri gücləri saxta sənəd hazırlamaq, dövlətin pullarını məimsəməkdən ibarətdir. Bunun müqabilində isə istər dövlətə, istərsə də kənd camaatına ikiqat ziyan dəyir. Çünki torpaqlar sürətlə şorlaşır. Məhsuldarlıq ildən ilə aşağı düşür.
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev hazırda kənd təsərrüfatının inkişafına böyük önəm verir. Lakin Beyləqanda Ələmşah Məmmədquliyev və Nadir Əliyev cütlüyü faktiki olaraq prezidentin bu səylərini sabotaj etməklə məşğul olurlar. Çünki hazırda prezidentin göstərişlərini həyata keçirmək və Beyləqanda kənd təsərrüfatının inkişafını təmin etmək faktiki olaraq mümkün deyil. Buna səbəb isə Ələmşah Məmmədquliyevlə Nadir Əliyev cütlyünün dövlət vəsaitlərini mənimsəyərək torpaqların şorlaqmasına yol açmalarıdır.
Şikayətçilər bildirirlər ki, Beyləqan kəndlərində şoranlaşmanın qarşısının alınması üçün hələ sovetlər dönəmində yaradılmış böyük drenajlar bu gün yoxa çıxmaq üzrədir. Drenajların demək olar ki, 90 dolub ıə hazırda bəzi dranajlarda suyun səviiyəsi əkin sahələrinin səviyyəsi ilə eynidir. Nadir Əliyevin cavabdehlik daşıdığı Beyləqan Melorasiya İdarəsi isə Suvarma Sistemləri İdarəsi ilə "şərik" olaraq drenajların təmizlənməsi adı altında hər il büdcədən yüz min manatlarla vəsaitlər silirlər. Şikayətdə vurğulanır ki, Suvarma Sistemləri İdarəsi tamailə bərbad vəziyyətdə olan drenajları və bir çox su kanlallarını sənəd üzərində Meliorasiiya İdarəindən "təmizlənmiş kimi " təhvil alır. Əslində isə Ələmşah Məmmədquliyev və Nadir Əliyev cütlüyü dövlətin torpanların vaxtlı-vaxtında melorativ tədbiroləri həyata keçirmək üçün ayırbığı pulları mənimsəyirlər.
Şikayətçilər iddia edirlər ki, Meliorasiya İdarəsinin müdiri Nadir Əliyev əslində formal olaraq müdirdir. Yəni onu bu vəzifəyə Ələmşah Məmmədquliyev təyin etdirib. Elə Meliorasiya İdarəsini də Ələmşah müəllim idarə edir. Sadəcə olaraq "təmizləmə" maxinasiyalarından əldə olunan gəlirdən Nadir Əliyev öz faizini alır. Maraqlı məqamlardan biri isə odur ki, əvvəllər kasıb biri olan Nadir Əliyevin Ələmşah Məmmədqulyevin sayəsində indii varlı bir məmura çevrilməsidir. İdarə müdirinin oğlanları bahalı xarici avtomobillərdə gəzirlər. Nadir Əliyevin şefi Ələmşah Məmmədquliyevin isə var dövlətinin sayı hesabı demək olar ki, yoxdur. Bütün bu əmlaklar, var-dövlət, sərvət isə dövlət büdcəsindən oğuurlanmış vəsiatlərin hesabınadır.
23 ildir suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən Ələmşah Məmmədquliyev yaşının pensiya vaxtı çatmasına baxmayaraq hər il Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyi ilə "anlaşmaya" gedərək müddətini artırır. Əslində Əhməd Əhmədzadəydə Ələmşah Məmmədquliyev Nadir Əliyev kimi məmurlar laızmdır. Çünki büdcədən ələmşah Məmmədquliyev hər kəsin yanında açıq şəkildə deyir ki, dövlətdən oğurlanan milyonlaırn bir hissəsi də ASC sədrinə çatır. Əhmədzadədən başqa Beyləqanın su mafiyası Hələ bu sırada əsa partnyorlardan biri Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevi də " doyunca yedirilər".
Rayon sakinləri iddia edirləər ki, Vaqif Abdullayev hər ay Suvarma Sistemləri İdarəsi, Meliorasiya İdarəsi, Subartezan Quyularının İstismar İdarəsi, Melioservis İdarəsi müdirlərindən ümumilikdə 15 min manat haqq alır. Bu vəsaitin yığılmasını və başçıya çatdırılmasını isə Ələmşah Məmmədquliyev təşkil edir. Və başçııya hər ay haqq verdiyini də suya görə şikayətə gələnlərə açıq-açıq deyir. Yəni Ələmşah Məmmədquliyev şikayətçilərə açıqşəkildə deyir ki, şikayət eləyib özünüzü yormayın. O, Əhmədzadənin də, Vaqif Abdullayevin də "payını" vaxtlı vaxtında verir.
Şikayətçi sakinlər qeyd edirlər ki, vəziyyət o yerə çatıb ki, Meliorasiya İdarəsinin müdiri Nair Əliyev icra başçısı Vaqif Abdullayevə ayama belə qoşub. Bu ayamanın adı isə Hollivudun çəkdiyi "Sonuncu Cəngavər" filmində krallığın korrupsiya naziri "Gezamot"dur. Əslində həmin filmə baxıb Nadir Əliyevin çox haqqlı olduğunu deyə bilərik. Çünki "Gezamot" obrazı doğurdan da Beyləqanın icra başçısının boyuna biçilib.
Bildirək ki, redaksiyamızın elektron poçtuna Beyləqan rayonundakı drenlərin hansı vəziyyətdə olması ilə bağlı çoxlu sayda fotolar göndərilib. Həmin məlumatları və fotoları növbəti sayımızda oxucularımzıa təqdim edəcəyik.
Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...