Qardaşı qızı Burcu Başoğlu ilə Bodrumdakı görüntüləri ilə gündəmə gələn aparıcı Murad Başoğlunun intihar etdiyi iddia olunub
Hazırda səhhətində ciddi problem olmayan Başoğlunun psixoloji durumunun pis olduğu bildirlib.
"Beyaz TV"də yayımlanan "Söylemezsem olmaz" adlı verilişdə bu haqda süjet yayımlanıb. Qardaşı qızı ilə sevgili olan və yaxtada öpüşən yerdə şəkilləri çəkilən Muradın xəstəxanaya yerləşdirildiyini deyilib. Onun müalicəsi hələ davam edir.
Səs-küyə səbəb olan fotolardan sonra aparıcı bir müsahibəsində "Həyat yoldaşımı aldatdım, peşmanam. Amma o qadın qardaşım qızı deyil. Həmin xəbərlərdən sonra intihar etməyi düşündüm" demişdi.
Qalmaqaldan sonra Murad 14 illik arvadı Hande Bermekdən boşanıb. Daha sonra evini satıb xaricə köçmək istəsə də məhkəmə buna icazə verməyib.(axşam.az)
MilliYol.Az