Liviyanın paytaxtı Tripoli şəhərindəki həbsxanadan 400-a yaxın məhbus qaçıb
Bu barədə "Əl-Vasat" Tripolinin məhkəmə polisinə istinadən xəbər verib.
Bildirilir ki, yaxınlıqda atışma səslərini eşidən məhbuslar həbsxanada qarışıqlıq yaradaraq qapıları söküblər. Hazırda qaçan məhbusların dəqiq sayı müəyyənləşdirilir.
Daha əvvəl Tripolidə silahlılarla toqquşmalarla əlaqədar fövqəladə vəziyyət elan edilib. Toqquşmalar avqustun sonlarında başlayıb.(Report)
MilliYol.AZ
Digər xəbərlər
loading...