Qurban bayramı ərəfəsində əksər rayon və şəhərlərdə sosial vəziyyəti aşağı olan vətəndaşlara qurban əti paylandı. Bu rayonlardan biri də Beyləqan olub.
Qurban əti rayonlara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərilib. Lakin Beyləqanda vətəndaşlara paylanmış ət iylənmiş olub.
Bu barədə MilliYol.Az-a rayon sakinləri məlumat verib. Yardım alan vətəndaşlar israrla bildirib ki, paylanmış ət iylənib və istiadəyə yararsız olub. Qeyd edilir ki, bunun günahkarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yox, Beyləqan rayon DSMF müdiri Anar Vəliyev və onun müavini Xaqani Hüseynovdur.
İddia edilir ki, Anar Vəliyevə Xaqani Hüseynov nazirlikdən onlara göndərilən qurbanlıq ətini bir gün saxlayandan sonra paylayıblar. DSMF müdirinin bu hərəkəti isə rayon sakinlərinin narazılığına səbəb olub. Çünki iylənmiş qurbanlıq ətinin onlara paylanılmasını özlərinə təhqir kimi qəbul edirlər.
Anar Vəliyevlə Xaqani Hüseynovun şakinlətə iylənmiş qurbanlıq əti paylamaları nazir Sahil Babayevin özünə belə hörmətsizlikdir. Hələ bu qurbanlıq ətini alanlar içində şəhid ailələri və qazilər də var.
Məlumata görə, Beyləqan DSMF-sinə nazirlikdən göndərilən qurbanlıq ətinin iylənməsinin əsas səbəbi Anar Vəliyevlə Xaqani Hüseynovun ətin göndərildiyi günü içki məclisində olmalarıdır.
İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.