Hadisə Şəmkirdə olub
Şəmkir rayonunun Kür qəsəbə sakini Xəyal Məmmədova məxsus mağazadan oğurluq edilib. Cinayətdən səhər saatlarında xəbər tutan zərərçəkən Şəmkir rayon polis şöbəsinin Kür bölməsinə ərizə ilə mürcaiət edib. Dərhal hərəkətə keçən əməliyyatçılar qarətçinin o qədər də uzaqda yaşamadığnı müəyən ediblər.
Şöbəyə dəvət olunan 28 yaşlı Məmməd Mamedov əməlini etiraf edib. O mağazadan oğurladığı əşyalardan birini, müşahidə kamerasının yaddaş qurğusunu istintaqa təqdim edib.
Məmməd Mamedovun əməlinə istintaqın yekununda hüquqi qiymət veriləcək. Hazırda onun digər cinayətlərdə iştirakı araşdırılır. (xezerxeber.az)
MilliYol.az
Digər xəbərlər
loading...