Bu gün Milli Məclisin deputatlarının yay tətil müddəti başa çatıb
Belə ki, Milli Məclisin sədri 4 950, sədrin I müavini 4 454, MM sədrinin müavini 4 206, komitə və komissiya sədrləri 3 960 manat, komitə sədrlərinin müavinləri 3 712, sıravi deputatlar isə 3 464 manat müavinət alıb.
Qeyd edək ki, sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq. MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Bu il sentyabrın 30-u bazar gününə təsadüf etdiyindən iclas oktyabrın 1-də keçiriləcək.
Sentyabrın 20-də isə Azərbaycan Parlamentinin 100 illiyi iilə bağlı Milli Məclisin xüsusi iclası keçiriləcək. (qafqazinfo.az)
MilliYol.az