SSRİ və Rusiyanın məşhur müğənnisi İosif Kobzon vəfat edib
Rusiyalı estrada artisti bu ilin iyulun 27-dən bu yana komada yatırdı.
Məlum olduğu kimi İosif Kobzon 2005-ci ldən xərçəng xəstəliyindən əziyyət çəkirdi.
İosif Kobzon 1937-ci ilin sentyabrın 11-də Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərində yəhudi ailəsində dünyaya gəlib.
1956-cı ildə Dneprpetrovsk dağ texnikumunu bitirən Kobzon elə həmin illərdən ilk səhnə çıxışlarını edir.
1958-ci ildən indiki Nikulin adına Moskva Dövlət sirkində A. Paxmutovanın “Kuba, sevgim mənim” mahnısını ifa edərək adından söz etdirir. 1959-1962-ci illərdə Ümumittifaq radiosunda çalışan İosif Kobzon daha sonra dövlət konsert teatrında, 1965-1989-cu illrdə isə Moskva dövlət konsertinin əsas solisti olur. Sovet dövründə Kobzon lirik və vətənpərvər, əsasən də ikinci dünya müharibəsi ilə bağlı mahnıların usta ifaçısı kim tanınıb.
Lakin mədəniyyət sahəsində qazandığı şöhrətə rəğmən Kobzonun ictimai-siyasi həyat olduqca ziddiyyətli olub.
Mütəşəkkil cinayətkarlıqla əlaqəsi olması şübhəsi səbəbindən onun ABŞ-a, həmçinin İsrailə gəlişi qəti qadağan olunub.
Rusiyanın siyasi həyatında aktiv iştirak edən İosif Kobzon 1993-cü ildən ömrünün sonuna kimi Dövlət Dumasının bütün çağırışlarında deputat seçilib.
Kobzonun anadan olduğu Ukrayna ilə bağları isə onun doğulduğu torpağa qarşı mövqeyindən sonra qopub.
Belə ki, rusiyalı müğənni 2014-ci ilin martın 11-də Krımın işğalını dəstəkləyən bir qrup mədəniyyət xadiminin müraciətinə imza atıb.
Kobzonun bu cür rmövqeyinə görə Latviya da onun ölkəyə gəlişini qadağan edib.
2014-cü ilin oktyabrın 26-da Ukrayna Təhülkəsizlik Şurası İosif Kobzonu Ukraynaya gəlişi qadağan olunanların siyahısına salıb Müğənni özü “sərxoş başlarla qəbul olunan bu qərarı vecinə almadığını” bəyan edib.
Kobzon Ukraynnın Rusiya tərəfindən işğal edilən torpaqlarına getməkdən çəkinməyib.
Anti-Ukrayna mövqeyinə görə, onun, bu ölkənin bir neçə şəhərin fəxri vətəndaşlığına son qoyulub.
Ukrayna prezidentinin 2018-ci ilin may 14-də verdiyi fərmanla o, Ukraynanın bütün ali dövlət mükafat və adlarından məhrum edilib.
2015-ci ilin fevralında isə o, Avropa Birliyinin sanksiya siyahısına düşüb. Buna görə Kobzonun Birlk daxilində əmlak və ya başqa aktivləri aşkar olunsa dərhal dondurulacaq.
MilliYol.Az