Ermənistan parlamentinin vitse-spikeri gürcü həmkarı Georgi Volsıkinə zəng edib
Telefon görüşündə tərəflər Rusiyadan Gürcüstan üzərindən Ermənistana taxıl idxalına qoyduğu qadağa müzakirə edilib.
Şarmazanov bunun Ermənistanda narahatlıq yaratdığını bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin qərarı erməni əhalisinin rifahına birbaşa təsir edəcək.
Şarmazanov bu məsələni Gürcüstan hökumətinin və parlamentinin nümayəndələri ilə müzakirə etməyi təklif edib.
Qeyd edək ki, rəsmi Tiflisin qərarı ilə 1 sentyabrdan etibarən Rusiyadan Ermənistana Gürcüstan üzərindən quru yolu ilə buğda tədarükü qadağan edilib.(teleqraf.com)
MilliYol.Az
Digər xəbərlər
loading...