Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Yəməndə 2015-ci ildən bu vaxta qədər ən qanlı ayın avqust ayı olduğunu açıqlayıb
Komissarlıq son 3 ayda atışmaların daha da şiddətləndiyini bildirib. Hazırda liman şəhəri olan Hudeydəyə amansız hücumlar edilir.
BMT şəhəri tərk etmək istəyən əhalinin təhlükəsizliyini təmin etmək üçün tərəflərə çağırış edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib. Qeyri rəsmi məlumatlara görə, ölənlərin sayı 50 min nəfərdən çoxdur. Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür.
3 milyon 400 min nəfərdən çox Yəmənli evlərindən didərgin düşüb.
MilliYol.az