“Facebook” sosial şəbəkəsinin sahibi Mark Tsukerberq NASDAQ elektron birjasında iki saat ərzində gəlirini 4,3 mlrd dollar artırmağa müvəffəq olub.
Bu barədə “Forbes”-un məlumatında bildirilir. Qeyd edək ki, Mark Tsukerberq hazırda dünyanın ən zəngin insanları reytinqində 6 pillədə qərarlaşıb.
32 yaşlı milyarderin sərvətinin dəyəri 51.8 mlrd dollar təşkil edir.
Qeyd edək ki, “Facebook” rüblük hesabatında gəlirlərinin analitiklərin proqnozlaşdırdıqlarından çox olduğunu açıqladıqdan sonra şirkətin səhmlərinin dəyəri 10 faizədək qalxıb.
Şirkətin xalis gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb.
Bundan başqa, “Facebook” sosial şəbəkəsi fəal istifadəçi auditoriyasını 15 faiz artıraraq 1,65 mlrd nəfərə çatdırıb.(APA)
Digər xəbərlər
loading...