Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp KİV-nin yaydığı bu informasiyanı şərh edib ki, guya ABŞ-n sabiq dövlət katibi Hillari Klintonun poçt serveri Çin şirkəti tərəfindən "sındırılıb"
Ağ evin başçısı deyilənləri özünün «Tvitter»ində «böyük tarix» adlandıraraq, Fedral Təhqiqat Bürosunu (FTB) və Ədliyyə nazirliyini (ƏN) gec də olsa, buna diqqət yetirməyə çağırıb.
Tramp həm də anlaya bilmədiyini ifadə edib ki, nə üçün FTB-nun eks-başçısı Ceyms Komi və digər cavabdeh şəxslər içərisində məxfi məlumatların da ola biləcəyi məlum informasiya sızmasının qarşısını almayıblar?
«Hillari Klintonun, böyük qismi məxfi məlumatlardan ibarət olan xəbər poçtu Çin tərəfindən sındırılıb. Yaxşı olardı ki, növbəti addımı FTB və Ədliyyə nazirliyi ataydı… Bütün bu xətalardan sonra, onar öz nüfuzlarını birdəfəlik itirmiş olublar…» - deyə, Tramp yazıb.
Bundan əvvəl «The Daily Caller» portalının jurnalistləri öyrəniblər ki, naməlum Çin müəssisəsi dövlət katibi olduğu illərdə (2009-2013 illər) Hillari Klintonun şəxsi serverini sındırıb.Çin şirkəti praktiki olaraq, Klintona göndərilmiş və onun özünün tərtib etdyi bütün elektorn məktubların surətini əldə edib.
MilliYol.Az