Şəmkir rayonunda 26 yaşlı qadın intihar edib
“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Lətifə Əkbər qızı Hüseynova sirkə turşusu içib. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. L.Hüseynovanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, L.Hüseynovanın 3 azyaşlı uşağı var idi.
MilliYol.Az
Digər xəbərlər
loading...