Əməkdar artist Röya Ayxan prodüser-aparıcı Tarix Əliyevlə (Tolik) fotosunu İnstaqram səhifəsində paylaşıb
Müğənni prodüserin fotolarında özünü arıqlatmaq üçün istifadə etdiyi proqramdan bəhs edib. Röya Tolikə məsləhətlər verib:
"Sənə 3 şeyi açıq deyirəm: Bir kiloqramla və ya hər bir xoşuna gəlməyən yerinə görə kompleksdən uzaqlaş, özünü sev. İkinci, bir də o gic proqramda özünü dediyim hallara qoyma. Üçüncü və ən əsası sənə verilən adı qoru, "koşa-moşa" bizlik deyil, bilirsən də... Amma sənə halal olsun, həyatına, evinə sahib çıxdın. Sözüm sözdür, sən də bir "star" oldun. Bu da ömür boyu məktəbindi. Arada nəsə edirdin, amma dik durmağı da öyrəndin. Bir də bezdirsən şəkillə bağlı, bu işi atacam".
Qeyd edək ki, Röya əvvəl paylaşımındakı şərh bölməsini açıq qoysa da, sonra onu bağlayıb.(axşam.az)
MilliYol.Az