Tərtər rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan marşrut avtobusunun sürücüləri arasında kütləvi dava baş verib
Hadisəyə səbəb sürücülərin bir-birinin marşrut xətlərinə daxil olmasıdır. Belə ki, şəhərdaxili sərnişindaşımada xətt rəhbərləri olan Azər Nağıyev və Səvdimalı Əsədov bir-birinin hərəkət istiqamətinə daxil olduğunu iddia edərək əvvəlcə mübahisə ediblər. Nəticədə dava düşüb.
Hadisəni Tərtər Rayon Polis Şöbəsindən də təsdiq ediblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (report.az)
MilliYol.az
Digər xəbərlər
loading...