Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb
Sərəncama əsasən, Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vaqif Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İbrahim Mustafayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
1. Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
MilliYol.az