Rusiyanın əməkdar artisti Leonid Aqutin 20 illik arvadı Anjelika Varumdan boşanması ilə bağlı iddialara cavab verib
MilliYol.Az Axşam.az-a istinadən xəbərinə görə, müğənni bildirib ki, belə bir hal yoxdur."Bu nə söhbətlərdi? Anjelika şeir sözləri paylaşıb: "Ухожу навсегда". Mətni sona kimi oxumayıb bəziləri pis oldu, bəziləri isə sevindi. Paltalamağa səbəb tapıldı... Sarı səhifələrinə diqqət çəkmək üçün bütün olub-olmayan toz basmış mövzuları qabartdılar. Ətrafımızdakı yaxınlarımız da narahat olublar. Hazırda istirahətdəyik və bütün günü evimizdə keçiririk. İkimiz təkbaşınayıq, daha doğrusu pişiyimizlə birlikdə. Heç bir xəbər əhvalımızı korlamayacaq" deyə, Aqytin sözlərinə əlavə edib.
Qeyd edək ki, Aqutinin aktrisa Elina Çaqa ilə eşq yaşadığı deyilirdi.
MilliYol.Az