Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub, onun yerinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təyin olub
Etibarlı mənbədən Axar.az-a verilən məlumata görə, E.Vəliyevin vəzifədən alınması qərarı ona qarşı törədilmiş sui-qəsddən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlıdır.
Belə ki, E.Vəliyevin səhhəti ilə bağlı son görüntülər də sabiq merin hələ tam sağlamlığa qovuşmadığını göstərir. Həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin hələ uzun zaman tələb etdiyini bildirirlər. Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlamaq məqsədəuyğun hesab olunmur.
MilliYol.Az