Türkiyədə Adnan Oktar qrupuna qarşı yönələn əməliyyatda yaşları 14-17 arasında olan zərərçəkənlər yaşadıqları qorxunc olayları bürün detalları ilə polisə danışıblar
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, təhqiqatçıların Adnan Oktar qrupuna yönəlmiş əməliyyat zamanı yetkinlik yaşına çatmayanların qan donduran ifadələri üzə çıxıb.
“Daima soyunmağımı tələb edirdi”
17 yaşlı qız: “Hələ 15 yaşında ikən Adnan Oktar ilə İnstaqram vasitəsilə yazışmağa başladım. Mənə daima soyunmağımı əmr edirdi. Mən də soyunub görüntülərimi ona göndərirdim. Bir gün məni yanına çağıraraq şəffaf libas geyinməyimi istədi. “Müayinə edəcəm” deyib, əliylə hər yerimə toxundu. O getdikdən sonra otağa Bülent və Kartal adlı iki nəfər girdi və məni cinsi istismar etdilər”.
“Sən artıq evləndin, yetim deyilsən” deyib mallarıma əl qoydular”
14 yaşlı zərərçəkmiş oğlan: “Yetim olduğum üçün Adnan Oktar mənə “yetimin malını yemək haramdır” dedi. 26 yaşındakı A. adlı bir qadın otağıma girərək mənimlə cinsi münasibətdə oldu. “Sən artıq evləndin, yetimlik vəziyyətin qalmadı” deyərək bütün mallarıma əl qoydular”.
İstismar edib, videoya çəkdilər
17 yaşlı qız: “Adnan Oktar qrupundan olan sevgilimlə birlikdə ikən otağa girən 2 nəfər məni istismar etdi. Bu iyrənc durumu videoya çəkdilər”.
Qadın zərərçəkən: “Adnan Oktar televiziya kanalındakı verilişə çıxmadan öncə qızlara “veriliş zamanı mənə yemək kimi baxın” deyə nəsihət edirdi. Bəzən yayımı dayandırıb, qızları danlayırdı. Ona ehtirasla baxmayanları cəzalandırırdı”.
“”Aşkım” deyənə qədər məni sillələdi”
Ö. adlı 17 yaşlı zərərçəkən qız: “Adnan Oktar onunla danışıq zamanı davamlı olaraq “Mənə “aşkım” deyə müraciət edəcəksən” dedi. Mən də israrla “aşkım” demədim. Daha sonra 4 saat boyunca mənə nəsihət verdi. Nəsihət zamanı hər cümlənin yekununda mənə sillə vurdu. Bu ağrıya daha artıq dözməyərək, ona “aşkım” deməyə başladım. Daha sonra mənə qarşı cinsi istismar edildi”.
Kişi müridləri əsgərliyə göndərmirdi
E. adlı kişi zərərçəkən: “Adnan Oktar kişilərin əsgərliyə getmələrini istəmirdi. Bu səbəbdən də qrupa qatılmadan öncə əsgərliyə gedənlərin xaricində əsgərlik xidmətini yerinə yetirmiş adamların sayı çox azdır. Əsgərliyə getmə yaşı gələn qrup üzvləri xaricə göndərilir, sənədlərdə isə burada çalışırmış kimi göstərilir və bu formada əsgərliyə getmələrinin qarşısı alınırdı.
Qızları məktəbə göndərməyib
Bir qadın zərərçəkən: “Adnan Oktar 2013 və 2016-cı illərdə qızların universitetə getmələrinə yasaq qoydu. Bu dönəmdə qrup içərisində olan bir çox gənc qız məktəblərini tərk etdi.
Prezidentlik referendumunda səs verməyi qadağan edib
Zərərçəkən R.: “Adnan Oktar, prezident seçkiləri ilə bağlı referendum keçiriləcəyi dönəmdə qrup üzvlərinin səs verməsini qadağan etdi.
Zərərçəkən O.E.: “H.U. və İ.K.U. adlı 2 qardaş qrupdan ayrıldılar. Onların guya ki, Adnan Oktarı təhdid etməsi ilə bağlı məndən yalançı şahidlik etməyimi istədilər. Mən də yalançı şahidlik etdim.
Bunlardan başqa, qrup üzvləri qeyri-real ticari sxem quraraq 4 milyon dollar gəlir əldə ediblər. Araşdırmalar zamanı bu detallar da üzə çıxıb.
Oktarın qaldığı Beykozdakı lüks evlərdə dinlənməyə qarşı qapalı dövrə telefon xətləri qurdurduğu da təsbit edildi. Evdə daimi olaraq 10 vəkilin hazır şəkildə gözlədildiyi və onların olduğu otağın daxili nömrəsi olan “132” kodundan istifadə etdikləri üzə çıxdı(musavat.com).
MilliYol.Az