Ukraynalı jurnalist İvan Kazora yersiz suala görə ölkə prezidenti Petro Poroşenkonun sərt reaksiyasından danışıb
Oxu.Az xəbər verir ki, prezident onun əlindən mikrofonu alıb, ətrafdakılar isə reportyoru Poroşenkodan uzaqlaşdırmağa çalışıb.
“Mən Petro Poroşenkoya yaxınlaşdım və bir neçə ay əvvəl verdiyi vədlərlə bağlı işlərin nə yerdə olduğunu soruşdum”, - İvan “Facebook” hesabında yazıb və insidentin videosunu yerləşdirib.
Bir neçə ay əvvəl Poroşenko Nikolayev şəhərində yolların və obyektlərin təmiri üçün pul ayrılacağını vəd etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...