Fransanın iqtisadiyyat naziri Nikolas Hulot istefa verib
Nazir bu barədə qərarını “France Inter” radiosunun canlı yayımında açıqlayıb.
Prezident Emmanuel Makrona heyran olduğunu deyən nazir ekologiya və ətraf mühitlə bağlı məsələlərdə dövlət başçısı ilə eyni mövqedə olmadığı üçün belə bir addım atdığını bildirib.
Nikolas Hulot ətraf mühit və ekoloji problemlərin həllinə nail ola bilmədiyini etiraf edib: “Artıq yalan danışmaq istəmirəm”.
Nazir istefa qərarı barədə prezident və baş nazirə əvvəlcədən məlumat vermədiyini qeyd edib/Teleqraf.com.
MilliYol.Az
Digər xəbərlər
loading...