Qurban bayramının birinci günündə Rizedə sahibindən qaçaraq özünü dənizə atan dana müğənni Haluk Levent alıb
MilliYol.Az Axşam.az-a istinadən məlumat verir ki, bu barədə dana sahibi Yalçın açıqlama verib:
“Dananın dənizdə 4 gün qalmasına təəccübləndim. Qurban bayramında 10 min türk lirəsinə (təxminən 2700 manat) aldığım inəyi əldə etmək üçün mənə zəng vurdular. Hətta dəyərindən 3 qat çox pul təklif edənlər də oldu. Bəzi məşhurlar da zəng etdi. Heyranı olduğum Haluk Levent mənimlə əlaqə saxladı. Qiymət demədim. Özü istədiyi qiymətə razılaşdıq və dananı ona satdım”.
Ardınca müğənni özü də tvitter hesabında bu barədə paylaşım edib:
“Rizedən dənizə düşüb 3 gün üzərək Trabzondan çıxan dananı aldıq. Adını “Ferdinand” qoydum. Cizgi filmlərinin birində də dananın adı belə idi. O da qaçırdı”.
MilliYol.Az