Vaqif Abdullayev Beyləqan şəhərinin əsas drenaj xəttini dolduraraq satıb və faktiki olaraq rayon mərkəzini ekoloji fələkətin ağuşauna buraxıb
Prezident İlham Əliyevin Beyləqan rayonuna səfəri gözlənilir vgə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev hazırda xarabazara çevirdiyi rayonu abadlaşdırmaq üçün bütün imkanlarını səfərbər edib. Lakin icra başçısının rayonu vaxtında abad hala sala bilməsi üçün ciddi maliyyə sıxıntısı çəkdiyi bildirilir.
PİA.az-a Beyləqandan daxil olan şikayət məktubuna əsasən icra başçısı maliyyə sıxıntısını həll etmək üçün çıxış yolu da tapıb. Belə ki, şikayətçilərin iddasına əsasən Vaqif Abdullayev rayon mərkəzindəki bütün boş torpaqları satışa çıxarıb. Həmin əraziləri isə əlində pul olan sahibkarlar, iş adamları alırlar. Buna baxmayaraq görünür ki, əlim-yandı satışa çıxarılan ərazilərdən əldə olunan gəlir Vaqif Abdullayevin problemini tam olaraq həll etməyib. Ya da icra başçısı ərazilərin satışından əldə olunan pulların bir hissəsini adətinə uyğun olaraq mənimsəyib. Çünki Vaqif Abdullayev Beyləqan şəhərinin əsas drenaj xəttini də dolduraraq satıb və faktiki olaraq rayon mərkəzini ekoloji fələkətin ağuşauna buraxıb.
PİA.az-a ünvanlanan şikayət məktubunda Beyləqan sakinləri bildirirlər ki, icra başçısı rayon bazarının yaxınlığında yerləşən və Beyləqan şəhərinin qrunt sularının çəkən drenaj kollektorun bir hissəsini dolduraraq 30 min manata satıb. Vaqif Abdullayev bununla bağlı şikayətçilərə bildirib ki, ölkə prezidentinin rayona səfəri gözlənilir və o, məcburən rayonda abadlıq işləri aparmalıdır. Abadlıq işlərinin aparılması üçünsə vəsait yoxdur. İcra baçısı hətta şikayətçilərə rişxənd edərək onu da əlavə edib kİ, əgər sakinlər gərəkli vəsaiti toplayıb versələr, onda o da drenaj kollektorun satışından imtina edər..
Sözlərinə davam edən icra baçısı vurğulayıb ki, ona rayonda təcili abadlıq işlərinin aparılması ilə bağlı Prezident Adminstrasiyasının kuratoru Əflatun müəllim tapşırıq verib və Əflatun müəlliminin də satılan ərazilərdən xəbəri var. Bununla icra baçısı şikayətçilərin yuxarılara şikayət etməyin anlamsız olduğna işarə vurub.
Sakinlər isə bildirirlər ki, qrunt sularını çəkib aparan drenaj kollektorun doldurulmasından sonra payız aylarından başlayaraq rayon mərkəzində qrunt suları yüksələcək və çirkab, palçıq əlindən addım atmayacaq olmayacaq. Həmçinin qrunt sularının yaradacağı antisanitariya müxtəlif xəstəliklərə səbəb ola bilər. Xüsusən bazar ərazisində antisanitar vəziyyətin təhlükəli olacağı qeyd olunur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq..
MilliYol.Az