ABŞ-ın Sent-Luis şəhərində keçirilən beynəlxalq “Sinquefield Cup” turnirində 4-cü yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dəstəkçilərinə müraciət edib
Avqustun 27-də sponsorunun olmaması ilə bağlı narazılığını ifadə edən 33 yaşlı qrossmeyster dəstəyə görə təşəkkür edib. O, şəxsi “facebook” səhifəsində bunları yazıb: “Məni bu qədər sevməyinizə və hörmətə görə çox sağ olun. FIDE-nin yeni reytinqində xalım 2820 olacaq. Bunu sizin sevginizlə qazandıq. Çox sağ olun! Gərək yeni hədəfimiz olsun. Növbəti yarış Ümumdünya Şahmat Olimpiadası olacaq. Bu yarışda millimiz ilk dəfə medal qazanacaq, buna çox inanıram. Bu arada ABŞ-dakı turnir ərzində yanımda olan Rauf Məmmədova “çox sağ ol” deyirəm. Müəllim və dost”.
Qeyd edək ki, 43-cü Ümumdünya Şahmat Olimpiadası 23 sentyabr – 6 oktyabrda Gürcüstanın Batumi şəhərində keçiriləcək.
MilliYol.Az