Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-da keçirilmiş referendumda Konstitusiyaya dəyişikliklərinə dair səsverməyə çıxarılmış məsələlərə seçicilərin münasibətini faizlərlə elan edib.
MilliYol.Az xəbər verir ki, MSK-nın açıqlamasına görə, 29 dəyişikliyin hamısı səsvermədə dəstəklənib. Dəyişiklikləri dəstəkləmə faizi 83-92 faiz arasında dəyişir.
Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasına seçkiyə qatılanların 92 faizinin müsbət yanaşdığı deyilir. Yaş senzinin 18-ə endirilməsinə isə səsvermədə iştirak edənlərin 91 faizinin «hə» dediyi qeyd edilir.
MSK-nın açıqlamasından belə çıxır ki, xalq torpaqlardan səmərəli istifadə edilməyəcəyi təqdirdə torpaq üzərində mülkiyyətin məhdudlaşdırılmasını də təqdir edir. Referenduma qatılanların 85 faizinin bunu dəstəklədiyi bildirilir.
Vitse-prezidentlik institutunun müdafiəsi də səsvermə iştirakçılarından az səs almayıb. Həmin maddənin müdafiəsinə 89 faizin dəstək verildiyi vurğulanır.
MSK seçki fəallığının 69.7 faiz olduğunu bildirmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...