Bakıda naməlum avtomobil piyadanı vuraraq qaçıb. Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib
R.Bağırov küçəsi, 15 saylı binanın qarşısında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyeva Röya İbrahim qızı hələ ki markası müəyyənləşdirilməyən avtomobillə vurulub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır. (Trend)
MilliYol.Az
Digər xəbərlər
loading...