Ermənistanın baş naziri Nikol Paşinyan bu gün – avqustun 27-də Yerevandakı “GUM” bazarında olub
O, Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, bu bazarda qiymətlərin bahalanması barədə siqnallar alıb. “’GUM’ bazarına kənd təsərrüfatı məhsullarının qiymətlərini öyrənmək üçün gəlmişəm. Bazarda qiymətlərin qalxması haqda həyəcanlı siqnallar gəlir, bundan əmin olmaq və səbəbləri anlamaq istədim. Əmin oldum ki, pomidorun, xiyarın, badımcanın və bir sıra digər mövsümi məhsulların qiymətləri qəribə şəkildə yüksəkdir. Qəribəsi həm də odur ki, bu mövsümdə bazarda istixana pomidor-xiyarı da peyda olub ki, bu, Ermənistan üçün bir az qeyri-adidir, indiki mövsümdə çöl məhsulları olmalıdır”, – Paşiniyan deyib.
Baş nazir qeyd edib ki, bazarda qiymətlərin formalaşmsına təsir göstərmək məqsədi yoxdur. Alverçilərdən biri radionun əməkdaşına deyib: “Buraya heç kəs gəlmir, hamı supermarketlərdə alış-veriş edir. Bizim məhsul xarab olur, xeyli məhsulu atmalı oluruq, ona görə də həddən artıq ziyana düşməməkdən ötrü qiymətləri qaldırırıq”. (strateq.az)
MilliYol.az
loading...