Myanma hərbçiləri Rohinca müsəlmanlarını soyqırım məqsədilə kütləvi şəkildə qətlə yetirib və onlara zor tətbiq edib
Qeyd edilib ki, dövlət müşaviri Aun San Su Çjinin sədrliyi ilə vətəndaş hökuməti azlıqlara qarşı nifrətin təbliğinə icazə verib.
Ağır cinayətlərin təşkilinə görə baş komandan və beş general qanun qarşısında cavab verməlidirlər.
Myanmada cinayətlərin müəyyənləşdirilməsi üzrə BMT-nin müstəqil beynəlxalq missiyasının məlumatına görə, ordunun Rohinca müsəlmanlarına qarşı fəaliyyəti real təhlükədir. Məruzədə vurğulanır ki, yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi və araşdırılması üçün sübutlar kifayət qədərdir.
2017-ci ilin avqustunda Rohinca silahlıları xalqın vəziyyətinə diqqət yetirilməsi üçün hökumət qüvvələrinə hücum edib. Buna cavab olaraq Myanma ordusu bəzi kəndləri boşaldıb. Nəticədə 700 mindən çox insan Banqladeşə qaçıb.
MilliYol.az