Bakı Şəhər İcra Hakimiyyəti paytaxt ərazisində tullantıların daşınması üçün yeni qaydalar tətbiq edəcək
Meriyadan virtualaz.org-a verilən məlumata görə, xüsusilə Bakıətrafı kənd və qəsəbələrdə çoxmənzilli binaların fasadlarının, giriş hissələrinin əsaslı təmiri nəzərdə tutulub. “Tullantıların daşınması və zibil konteynerlərinin az olması ilə bağlı bir sıra problemlər mövcuddur. Artıq yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür. Lakin bu müvəqqəti haldır, çünki yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub”, - məlumatda deyilir.
Tullantıların çeşidlənməsi məqsədi ilə yeni xüsusi konteynerlər qoyulması da plandadır. Layihənin həyata keçirilməsi və xaricı ölkələrin təcrübəsindən yararlanmaq məqsədi ilə xarıcdən mütəxəsislər dəvət olunub və hazırda işlər aparılır.
MilliYol.Az