Bu gün saat 10:40 radələrində erməni işğalçı qüvvələrinin itkisi qeydə alınıb.
News.am saytının məlumatına görə, erməni qüvvələrinin döyüş mövqelərindən birində 1997-ci ildə anadan olmuş hərbi qulluqçu Sevak Xaçatryan "Azərbaycan ordusunun mövqelərindən açılan atəş"lə öldürülüb.
Xatırladaq ki, ötən həftə erməni işğalçı qüvvələri çoxlu sayda hərbi texnika cəlb etməklə Ağdamda hərbi təlimlər keçirib. Rəsmi Bakı bu təlimləri təmas xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribat adlandırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...