ABŞ senatoru Con Makkeyn prezident və ya dövlət katibi olmasa da ən azı onlar qədər dünya siyasətinin gedişinə ciddi surətdə təsir göstərə bilib
Makkeynə hətta onun qatı düşmənləri belə vətənpərvərliyinə və prinsipiallığına görə hörmət ediblər.
Bunu Rusiya mətbuatında senator haqqında gedən yazılardan görmək olur. Hətta Kremlə yaxın qəztlər belə onu hörmətlə yad edir.
Arizonalı senatorun beynəlxalq münasibətlərdə ən çox hədəfində Rusiya, Vladimir Putin və onun yaratdığı rejim olub.
Makkeynin bu səbəbdən heç vaxt Tramp hakimiyyətinə xoş yanaşmadığı bilinir.
“Vladimir Putin zalım adamdır və o, ABŞ-ın qurduğu liberal düzəni pozmaq üçün hər cür pis hərəkəti etməyə qadirdir”,- Con Makkeyn köməkçisi Mark Solterlə birlikdə birlikdə həmmüəllifi olduğu “Kəsilməyən dalğa, doğru işlər, böyük savaşlar və digər dəyərlər” adlı kitabında belə qeyd edib.
Bu əsər 2018-ci ilin mayın 22-də ABŞ-ın kitab mağazalarının rəflərində peyda olub. Kitab yarıbioqrafik və publisistik xarakter daşıyır. Burada senator Makkeyn ABŞ-ın dünyadakı rolu barədə düşüncələrini paylaşıb, həmçinin Rusiya və ABŞ prezidentlərinə qarşı sərt ifadələr işlədib.
“Biz Putinlə onun bizimlə mübarizə apardığı kimi eyni qərarlılıqla savaşmalıyıq. Biz aramızdakı ziddiyətlərin milli təhlükəsizliyimiz və demokratiyamıza təhdid törətməsinin qarşısını ala bilsək, onu durdura biləcəyik”, - senator billdirib. Makkeyn kitabında Rusiyanın ABŞ-dakı siyasi proseslərə qarışmasından narahat olduğunu, habelə Trampın Putinə olan heyranlığını “avamlıq” hesab etdiyini dilə gətirib.
Mərhum senatorun Putinə qarşı ikrah münasibəti hələ Krımın işğalından qabaq özünü göstərib. 2013-cü ildə Rusiya prezidenti “The New York Times” qəzetində Suriyadakı vəziyyətlə bağlı köşə yazısı ilə çıxış edən zaman Makkeyn ona “pravda.ru” şəbəkə nəşrində cavab vermişdi.
ÐаÑÑинки по запÑоÑÑ Russians deserve better than Putin John McCain
“Ruslar Putindən daha yaxşısına layiqdir” adlı məqaləsində senator Rusiya prezidentini “ölkəsini yalnız özünün şəxsi mənafeləri üçün idarə etməkdə” günahlandırıb.
Həmin məqalədə Makkeyn onu Rusiya düşməni adlandıranlara “Mən rusiyapərəstəm, hətta sizi idarə edən rejimdən daha çox rusiyapərəstəm” deyə cavab verib.
Doğrudur, “rusiyapərəstlik” Con Makkeynə Rusiyanı “özünü ölkə zənn edən benzindoldurma məntəqəsi” adlandırmağa mane olmayıb.
Rusiyanın müxalif siyasətçilərindən, 2015-ci ildə müəmmalı şəkildə öldürülüən Boris Nemtsov vaxitlə senator Con Makkeyndən heç vaxt ölkəsi əleyhinə söz eştimədiyni bildirmişdi. Senatoru tanıyan adamlar isə onun Kremlə olan qəzəbinin ən çox elə Boris Nemtsovun qətlindən sonra artdığını vurğulayırlar.
MilliYol.Az