Xaçmazda əxlaqsızlıq yuvası aşkar olunub
Daxili İşlər Nazirliyindən musavat.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.
Avqustun 25-də gecə saatlarında Xaçmaz rayon Polis şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...