Filippində bu ilin may ayının 9-da keçirilən prezident seçkilərinin qalibi Rodrigo Duterte edam cəzasını bərpa etmək istədiyini söyləyib.
BBC-nin xəbərinə görə, 71 yaşlı Duterte prezident seçildikdən sonra təşkil etdiyi ilk mətbuat konfransında edam cəzasını geri gətirmək istədiyini açıqlayıb.
O dar ağacından asmaqla edam etmək cəzasının geri gətirilməsi məsələsi ilə bağlı konqresə müraciət edəcəyini söyləyərək bundan başqa polisə ondan qaçan şübhəlilərə atəş etmək səlahiyyəti verməyi planlaşdırdığını bildirib.
Seçilən yeni prezident edam cəzasını narkotik qaçaqmalçıları, silah qaçaqmalçıları və qurbanlarını öldürən təcavüzçü, soyğunçu və ya avtomobil oğruları üçün istədiyi bildirilir.
Xatırladaq ki, Filippində edam cəzası 2006-cı ildə ləğv olunmuşdu. (Avropa.info)
"Milli Yol"
Digər xəbərlər
loading...