"Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı vəzifəsindən istefa verib"
“Sitarə xanım ailə qurması səbəbindən işdən ayrılıb. O öz istəyi ilə ərizə yazaraq vəzifəsindən istefa verib. Səbəb kimi isə ailə qurmasını göstərib. Ancaq hələ də bələdiyyəmizin üzvüdür”.
Bələdiyyə əməkdaşı S.Cabbarlının müavini Sabir Həsənovun da işdən çıxması səbəbinə aydınlıq gətirib:
“Sabir Həsənov da vəzifəsindən öz istəyi ilə gedib. Hazırda bələdiyyəmizin üzvü olsa da, sədr müavini vəzifəsində çalışmır”.
Məlumat üçün bildirək ki, Binəqədi bələdiyyəsinin sədri S.Cabbarlının adı artıq Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytından silinib.
Xatırladaq ki, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xanım sədri Sitarə Cabbarlı ilə müavini Sabir Həsənovun işdən çıxarılması ilə bağlı məlumatı Minval.info saytı yayıb.
MilliYol.az