Gəncə şəhər İcra hakimiyyətinin bağçısı Elmar Vəliyevin xəstəxanadan daha bir videosu yayılıb
Xatirladaq ki, bir neçə saat əvvəl musavat.com saytı Elmar Vəliyevin xəstəxanada yemək yeyərkən video görüntüsünü paylaşmışdı. Başında idman şapkası olan Elmar Vəliyevin həmin görüntüləri bəzi şübhələr yaratmışdı. Lakin PİA.az-ın əldə etdiyi video görüntüdə olan şəxsin Elmar Vəliyev olmasına heç bir şübhə yoxdur.
Qeyd edək ki, iyulun 3-ü axşam saat 20:30 radələrində Gəncə şəhər univermağının qarşısında Gəncənin icra başçısı və onun cangüdənini yerli sakin, lakin rusiya vətəndaşlığı olan Yunis Səfərov tərəfindən güllənmişdi. Daha sonra hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində bir neçə radikal dindar zərərsiləşdirilib, onlarla insan həbs edilib.
MilliYol.az