Bu ilin iyun ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 5,2 mln. manat və ya 0,7% azalaraq iyulun 1-nə 730,3 mln. manat təşkil edib
Azalma əsasən xarici valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Qeyri-rezindetlərin iyun ayı ərzində manatla əmanətləri isə əksinə artıb.
Hesabata əsasən, illik müqayisədə isə əmanətlərin həcmində 83,7 mln. manat və ya 10,3% azalma qeydə alınıb.
İyulun 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 650,6 mln. manat və ya 89%-i xarici, 79,7 mln. manat və ya 11%-i milli valyutada yerləşdirilib.
Bildirək ki, 2018-ci il iyun ayının sonuna əsasən, fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 7 379,0 mln. manat və ya 91%-i rezidentlər, 730,3 mln. manat və ya 9%-i qeyri-rezidentlər tərəfindən yerləşdirilib.