Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara bölgəsi çaylarında 70-190, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 35 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 162 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqəsində 2, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Surra məntəqəsində isə 4 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 314 sm (2017-ci il avqustun 24-də 356 sm), Şirvanda 199 sm (2017-ci il avqustun 24-də 207 sm), Salyanda 121 sm (2017-ci il avqustun 24-də 142 sm), Bankədə 172 sm (2017-ci il avqustun 24-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 sm (2017-ci il avqustun 24-də 60 sm) təşkil edir.