ABŞ prezidenti Donald Tramp özünü bankçılıq, vergi və maliyyə qanunlarının pozulmasında günahkar bilən keçmiş vəkili Maykl Koenin xidmətlərindən istifadə etməməyi məsləhət görüb
Bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.
"Kimsə yaxşı vəkil axtarırsa, məsləhət görərdim ki, Maykl Koenin xidmətlərindən qətiyyən istifadə etməsin", - o yazıb.
Qeyd edək ki, dünən D.Trampın keçmiş vəkili özünü bankçılıq, vergi, maliyyə və seçki qanunlarının pozulmasında günhakar bilib. M.Koen istintaqla əməkdaşlığa razılıq verib. O, bu məsələdə ABŞ prezidentinin göstərişi ilə hərəkət etdiyini söyləyib.(Report)
MilliYol.Az
Digər xəbərlər
loading...