Belçika sakini "EuroMillions" lotereyasında 107 milyon avro qazanıb
"EuroMillions" sayəsində hər il bir neçə belçikalı milyonçu olur.
2016-cı ilin oktyabrında Brüsseldə küçə süpürgəçilərindən biri "EuroMillions"da 168 milyon avroluq cekpotu qazanaraq krallıq tarixində ən böyük uduşa sahib olub.
2017-ci ildə də eyni lotereyanın şanslıları belçikalılar olub. Onlar 153 milyon və 23 milyon avro qazanıblar.
Bu da Belçika sakinlərini lotereya oyunlarına daha da cəlb edir. Hesablamalara görə, təkcə ötən il 6,5 milyon belçikalı ən azı bir dəfə "EuroMillions" oyunlarına baş vurub.(Trend)
MilliYol.Az
Digər xəbərlər
loading...