Bu gün müsəlman ölkələrində, o cümlədən Azərbaycanda Qurban bayramı qeyd olunur. Artıq bayram namazları da qılınıb
Ölkəmizin bütün bölgələrində, o cümlədən paytaxt Bakıda insanlar təyin olunmuş məntəqələrə gələrək qurbanlıq heyvan alır, kəsdirir və ehtiyacı olan insanlara paylayır.
Məlum olduğu kimi bu il də Qurban bayramı münasibəti ilə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt Bakıda da yarmarkalar təşkil edilib. Bu yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi 32 məntəqədə həyata keçirilir. Onu da əlavə edək ki, bundan əvvəl bəzən qurbanlıq heyvanlar ictimai yerlərə, küçələrdə, hətta uşaqların gözü önündə kəsilirdi. Bu səbəbdən küçələrdə bəzən antisanitar vəziyyət yaranırdı. Lakin bu il qurbanlıq heyvanlar yalnız yerli icra hakimiyyəti orqanları tərəfindən təyin olunmuş məntəqələrdə kəsilir və bu işə nəzarət olunur.
Vəziyyəti daha yaxından aydınlşadırmaq üçün musavat.com-un əməkdaşları kimi Xətai rayonununda, “Nargilə” adlanan yerdə təşkil edilən yarmarkada olduq. Bayram namazından təxminən 2 saat keçməsinə baxmayaraq yarmarkada çoxlu sayda qurbanlıq heyvan öz alıcısını gözləyirdi. Həm satıcılar, həm də alıcılar alış-verişdən narazı idi. Səbəb isə...
Bu haqda daha ətraflı hazırladığımız videoreportajdan izləyə bilərsiniz.(musavat.com)