Emina Yavoviçla 10 illik evlilikləri sona çatan müğənni Mustafa Sandal müsahibə verib
O, xanımı ilə ayrılsa da, amma əvvəlki münasibətdən daha yaxın olduqlarını bildirib:
“Bizim 2 gözəl balamız var. Onlara görə çox yaxşı dostuq. Hətta deyərdim ailəli olduğumuz vaxtdan daha yaxşı yola gedirik”.
Sandal bir neçə gün öncə keçmiş xanımı ilə istirahətdə olarkən dava etməsi məsələsinə də münasibət bildirib. O, xəərin yalan olduğunu deyib:
“O gün oğlumun ad günü üçün bir araya gəlmişdik. Birlikdə yemək yedik, əyləndik. Aramızda heç mübahisə də olmayıb. Emina ilə bəlkə də bu vaxta qədər aramızda olmayan bir münasibət yaşanır”.
Qeyd edək ki, cütlük 2008-ci ildə ailə qurub, ötən ilin noyabrdında boşanıb. Onların birgə nikahdan iki oğlu var.(axşam.az)
MilliYol.Az