Böyük Britaniyanın cüdo üzrə milli komandasının sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb
Yığmanın tərkibinə 14 cüdoçu daxil edilib. Onlardan 3-ü kişilər, 9-u qadınların fərdi yarışına qatılacaq. Daha 2 kişi cüdoçu isə bu idmançılarla birgə qarışıq yarışlarda iştirak üçün nəzərdə tutulub.
Komanda üzvləri arasında 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Denni Uilyams, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Selli Konvey, həmçinin 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının bürünc mükafatçıları Nekoda Smit-Devis və Natali Pauell də var.
29 yaşlı Denni Uilyams 2011-ci ildən sonra ilk dəfə dünya çempionatında çıxış edəcək. Çelsi Gilz, Keti Cemima Yits-Braun və Uesli Qrinic isə özlərinin ilk dünya çempionatında mübarizə aparacaq.
Böyük Britaniya yığmasının heyəti:
Kişilər: Eşli Makkenzi (60 kq), Stüart Makvot (81 kq), Maks Stüart (90 kq)
Qadınlar: Çelsi Gilz (52 kq), Nekoda Smit-Devis (57kq), Alis Şlezinger, Emi Livsi (hər ikisi 63 kq), Selli Konvey, Cemma Hauell (hər ikisi 70 kq), Natali Pauell, Keti Cemima Yits-Braun (hər ikisi 78kq), Sara Adlinqton (+78 kq)
Qarışıq
kişilər: Denni Uilyams (73 kq), Uesli Qrinic (+90 kq)
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatına sentyabrın 27-də yekun vurulacaq.(Milli.Az)
MilliYol.Az